TURIZM

06 Aprel

“Quba Palace”-da sərfəli qiymətə DİNCƏLMƏK İMKANI

“Quba Palace” Azərbaycanın paytaxtı Bakıya ən yaxın məsafədə, füsünkar təbiətə malik Qubada yerləşən möhtəşəm beşulduzlu oteldir. Otel dağların arasında, meşələrin əhatəsində yerləşməklə təbiət gözəlliklərinin qəlbində yüksək səviyyəli istirahət, gözəl əyləncə və unudulmaz təəssüratlar vəd edir. 

“Quba Palace” Heydər Əliyev adına Hava Limanından 201 km, Bakının mərkəzindən 171 km, Quba şəhər mərkəzindən 7 km məsafədə, Əski İqrıq kəndində yerləşir. “Quba Palace”  Azərbaycanda ilk və yeganə qolf meydançasına malik olan yeganə oteldir. Bu möhtəşəm otel dağ və göl peyzajları arasındakı sakit və gözoxşayan bir ərazidə qolf oynamağın üstünlüyünü bəxş edir. 

Oteldə son dərəcədə dəbdəbəli şəkildə dizayn olunmuş konfrans və toplantı zalları tədbir və biznes görüşləri üçün unikal məkandır. 

Fins.az xəbər verir ki, R_R Travel şirkəti Quba Palace Otelində sərfəli qiymətə dincəlmək imkanı təklif edir. Turun qiyməti 63 manatdır.

QEYD:

Qiymet DBL otaqda 1 nefer üçün hesablanmışdır .

Qidalanma- BB (səhər yeməyi)

Otellərin qiyməti tarixlərə və yerlərin doluluğuna görə dəyişə bilər.