TURIZM

05 Aprel

İnanılmaz Dubay SƏYAHƏT TURU

Ərəbistan yarımadasında həm turizm, həm də iş baxımından ən çox seçilən yerlərdən biri olan Dubay, safari tərzi istirahəti ilə yanaşı çimərlikləri ilə də populyardır. Dubaya turizm və ya iş məqsədi ilə getməyinizdən asılı olmayaraq aşağıdakı otel və yaşayış məlumatları sizə mütləq kömək edəcəkdir.

Dubay dünyanın ən qabaqcıl və gözəl otellərinin yerləşdiyi bir şəhərdir. Ən lüks otellər burada yerləşir və yaşayış bahadır. Gündən-günə də bahalaşmağa davam edir.

Beynəlxalq otellər adi otellərdən daha bahalıdır, çünki işgüzar səfərlərlə bağlı bu otellərə daha çox üstünlük verilir. İşçilər ingilis dilini bilir. İngilis dilli işçi heyəti digər yerli və ya kiçik otellərdə problemdir.

Ən yaxşı otellər “New Dubai” adlanan ərazidədir. Seçiminiz yüksək səviyyəli və luks otellərdirsə, bu bölgədə qalmağınızı məsləhət görürük.

Yay aylarında isə otellərin qiyməti 30-40% enir. Bunun səbəbi, havaların inanılmaz isti olmasıdır.

Dubayda qalmağınızı tövsiyə etdiyimiz ümumilikdə 5 bölgə vardır. Bunlar, Deira, Bur Dubai, Downtown Dubai, Jumeirah və Palm Jumeirah bölgələridir. Çoxu bir-birinə yaxın olsa da, özünüzə uyğun olanı seçib otellərə baxa bilərsiniz. Bunu söyləməyimin səbəbi bəzi bölgələrin tamamilə alış-veriş, bəziləri çimərlik və bəzilərinin lüks yaşayış mərkəzli olmasıdır. Ən idealı Downtown olsa da, bütün bölgələri araşdırmağınızı təklif edirəm.

Fins.az xəbər verir ki, Globus travel şirkəti 24 aprel tarixində Dubaya 4 gecə 5 günlük tur təşkil edir.

Tur 4 və 5 ulduzlu otelləri əhatə edir. Otellərin orta qiyməti 615 dollardır.

Ən ucuz otel GOLDEN TULIP AL BARSHA. 4*-dir. Oteldə qiymət 545 dollardır.

Ən bahalı otel isə MILLENNIUM PLAZA HOTEL DUBAI 5*-dir. Qiyməti 665 dollardır.

Turun qiymətinə otel, səhər yeməyi,aviabilet, sığorta,transfer  daxildir. 
Bu qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün nəzərdə tutulub.