TURİZM

02 Aprel

Dünyanın 8-ci möcüzəsi – KAPADOKYA TURU

Yerli əhalinin dilində: "Dünyanın səkkizinci möcüzəsi". Kappadokiya Türkiyənin Nevşehir vilayətinə bağlı Ürgüp rayonu ilə Uçhisar- Avanos üçbucağı arasında yerləşən vadilərdə, Ürgüp-Şahinefendi arasındakı bölgədə Nevşehir Çat qəsəbəsi ətrafında, Kayseri Soğanlı vadisində ve Ağsaray Selimə kəndi ətrafında yerləşən bölgənin adıdır.. Türkiyədə dünyanın hər yerindən turistləri özünə cəlb edən möcüzəli bir rayon var. O , duzlu və dayaz , lakin geniş Tuz gölünün şərqində yerləşir və Kappadokiya adlanır. Bəzən tünd süxurlardan çələng qoyulan ağ və sarı rəngli şiş uclu qayalar,qədim zamanlardan qalmış çoxlu sayda mağaralar, yaşayış yerləri, habelə qayalardan yonulan xristian məbədləri və ibadətxanaları buranın görməli yerlərindəndir.Bundan daha öncə, 7-5 milyon il əvvəl indiki Kappadokiyanın sahəsi güclü vulkan püskürmələrindən sarsıntılara məruz qalıb..Tərkibi silikatlarla və qazlarla doymuş ərinti - turş maqma yer əthinə çıxır. Bu bölgədə, vadi yamaclarından enən sel sularının və küləyin, vulkanik püskürtülərdən əmələ gələn maddəni aşındırdığı üçün Pəribacası adı verilən qəribəliklər meydana gəlmişdir. Sel sularının dik yamaclarda özünə yol açması, sərt qayaların çatlamasına və qopmasına səbəb olub.

Fins.az xəbər verir ki, Ginza travel şirkəti 5 may tarixində 7 gecə 8 günlük Kapadokiya turu təşkil edir. Tur 3,4 və 5 ulduzlu otelləri təşkil edir. Tura daxil olan Otellərin orta qiyməti 1000 dollardır.

Ən ucuz otel Yakut hotel cappadocia 3*-dır. Otelin qiyməti 871 dollardır.

Ən bahalı otel isə Elika cave suites 5* - 1285 usd-dir.

Turun qiymətinə otel, səhər yeməyi,aviabilet, sığorta,transfer  daxildir. 
Bu qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün nəzərdə tutulub.