TURIZM

31 Mart

AZAL-ın ixrac gəlirləri bir ildə 40 dəfə azalıb

Bu ilin yanvar-fevral aylarında “Azərbaycan Hava Yolları” (AZAL) QSC 55 min ABŞ dolları dəyərində xidmət ixrac edib.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın mart sayında bildirilir.

Məlumata görə, bu, 2020-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 2 mln 145 min ABŞ dolları və yaxud 40 dəfə azdır.

Qeyd edək ki, 2020-ci ilin yanvar-fevral aylarında AZAL 2,2 mln ABŞ dolları dəyərində xidmət ixrac edib