TURIZM

31 Mart

Bakı-Tbilisi-Bakı aviareyslərinin sayı artırılıb

"Azərbaycan Hava Yolları" QSC-nin aşağıbüdcəli törəməsi - “Buta Airways” şirkəti Bakı-Tbilisi-Bakı marşrutu üzrə uçuşların sayını 3 dəfədən 4 dəfəyə qədər artırıb.

Bu barədə Gürcüstanın Mülki Avisasiya Agentliyinin təsdiqlədiyi yay uçuş cədvəlində bildirilir.

Bu ilin oktyabrın 30-na qədər qüvvədə olacaq cədvələ əsasən, reyslər çərşənbə axşamı, cümə, şənbə və bazar günləri həyata keçiriləcək. Bakıdan Tbilisiyə uçuş saat 07:00-da, əks istiqamətə uçuş isə saat 10:10-da olacaq.

Batumi beynəlxalq hava limanının yay uçuş cədvəlində Acarıstan paytaxtı və Bakı arasında aviareyslər yer almayıb.

Cədvəldə Tbilisi hava limanından 24, Batumi aeroportundan isə 6 istiqamət üzrə müntəzəm reyslərin yerinə yetiriləcəyi qeyd edilib.

© Report