Tibb

22 İyul

Diş plomblarında inqilabi yenilik: Bioaktiv şüşə bakteriyaları 61% azaldır

Finss.az - Plombun icadından 30 il keçsə də, bu sahədə əsaslı dəyişiklik baş verməyib. Lakin Oreqon Dövlət Universitetinin alimləri stomatologiyada yeni mərhələnin əsasını qoya biləcək bioaktiv şüşə materialı hazırlayıblar.

Silisium, kalsium və fosfor oksidindən ibarət bu yeni plomb bakteriyaların yayılmasının qarşısını alır və daha uzunömürlüdür. Təcrübələr göstərib ki, bioaktiv şüşə bakteriyaların nüfuzunu 61% azaldır və güclü antibakterial xüsusiyyətə malikdir.