Finss.az - Son 10 ildə ABŞ-da 50 yaşdan aşağı xəstələr arasında mədə-bağırsaq xərçəngi halları 14,8% artıb.
Erkən yaşda xərçəng diaqnozlarının artması, xüsusilə yüksək gəlirli ölkələrdə səhiyyə sistemlərinə əlavə maliyyə təzyiqi yaradır. Harvard və Boston onkoloqları piylənmə, Qərb tipli qidalanma, siqaret və alkoqolun risk faktorları olduğunu bildirir.
Avstraliyanın Kvinslend Universitetinin proqnozlarına görə, 2050-ci ilə qədər dünyada onkoloji xəstəliklərin sayı 84,3% artacaq və bu da səhiyyə xərclərinin kəskin artmasına səbəb olacaq. Prostat xərçəngi səbəbindən ölüm halları 136% artaraq 939 minə çatacaq.
Ekspertlər xəstəliklərin artmasının qarşısını almaq üçün daha erkən diaqnostik müayinələrin vacibliyini vurğulayırlar.