Tibb

18 İyun

Böyrək üzrə yeni çoxfunksiyalı trenajor hazırlandı

Finss.az - İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin mütəxəssisləri uroloq-cərrahlar üçün yuxarı sidik yollarında diaqnostik və əməliyyat bacarıqlarının inkişafı üçün çoxfunksiyalı trenajor hazırlayıblar.

Bu trenajor insan bədəninin real hissəsini dəqiq surətdə təqlid edir və unikal toxuma-ekvivalent materiallardan istifadə olunaraq hazırlanmışdır.

Trenajor böyrək fanatomu və onun ətraf toxumalarını əhatə edir, həmçinin ultrasəs, rentgen, MRT və endoskopik üsullarla manipulyasiyaların təkmilləşdirilməsi üçün xüsusi kartuşlarla təchiz edilib. Cərrahlar bu vasitə ilə yüksək texnologiyalı metodları təhlükəsiz və effektiv şəkildə öyrənə bilərlər.

Seçenov Universitetinin mühəndislərinin sözlərinə görə, trenajor həm funksionallıq, həm də qiymət baxımından xarici və yerli analoqlardan üstünlük təşkil edir. Hazırda trenajorun kiçik seriyalı istehsalına başlanması planlaşdırılır.

Bu yenilik ilk dəfə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda təqdim olunub və tibb təhsilində keyfiyyətli təkmilləşmə üçün böyük potensiala malikdir.