Tibb

25 Mart

Ən çox tibbi xidmət göstərən xəstəxanaların SİYAHISI

Hesabat dövrü ərzində Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində 106 tibb müəssisəsi fəaliyyət göstərdiyi üçün göstərilən tibbi xidmətlərin böyük hissəsi mərkəzin payına düşüb.

Finss.az xəbər verir ki, bu barədə məlumat Milli Məclisin martın 14-də keçirilən plenar iclasında müzakirə edilən Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.

Qeyd edilib ki, habelə Sumqayıt Tibb Mərkəzi, Gəncə Şəhər Birləşmiş Xəstəxanası, Sabunçu Tibb Mərkəzi, Akademik M. Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanası və Abşeron Rayon Mərkəzi Xəstəxanası ən çox tibbi xidmət göstərən dövlət tibb müəssisələri olub.

Əlavə olaraq ümumi tibbi müayinə, endokrin, tənəffüs, qan dövranı və sümük əzələ sisteminin xəstəlikləri əhalinin ən çox müraciət etdiyi xəstəliklər olub.