Tibb

04 Fevral

Nevroloq:Sosial ünsiyyət demensiya riskini azaldır

Finss.az - Kaliforniya Universitetinin nevroloqu Qabriel Legere sosial ünsiyyətin qocalıqda demensiya riskini azaltmaqda mühüm rol oynadığını bildirib.

Legere HuffPost-a müsahibəsində beynin sağlam qalması üçün gözlənilməz bir yol təklif edib. Onun sözlərinə görə, iş yerində həmkarları ilə mümkün qədər şəxsən ünsiyyət qurmağa üstünlük verir:

"Müzakirə üçün demək olar ki, heç vaxt e-poçt göndərmirəm. Xəstə görüşləri arasında gözləyib şəxsən danışmağa çalışıram. Bu vərdiş məni daha aktiv saxlayır."

Legere, 2023-cü ildə 50.000 nəfər üzərində aparılan bir araşdırmaya da istinad edib. Həmin tədqiqat gündə 10 saatdan çox oturmağın demensiya riskini artırdığını göstərib.

Alim həmçinin əlavə edib ki, şəxsən ünsiyyət beyni aktiv saxlayır və Alzheimer kimi xəstəliklərə qarşı qoruyucu təsir göstərir:

"Sosial qarşılıqlı əlaqəniz nə qədər aktiv olsa, beyniniz bir o qədər çox əlaqə yaradır."

 

Zemfira Ms
Finss.az