Finss.az - Rusiyalı həkim, tibb elmləri namizədi və kardioloq Anna Koreneviç infarktın çox vaxt insan özünü "tamamilə sağlam" hiss etdiyi zaman gözlənilmədən baş verdiyini bildirib. Həkim, infarktdan əvvəl müşahidə edilə bilən bəzi əlamətləri izah edərək, onların çox vaxt xəstələr tərəfindən nəzərə alınmadığını vurğulayıb.
Koreneviçin sözlərinə görə, infarktdan bir neçə gün əvvəl fiziki gərginlik zamanı döş qəfəsində yanma və ya sıxılma hissləri müşahidə oluna bilər. Bu, ağrılı olmur, qısa müddətli olur və xəstə bu hissləri "ağrı" kimi qəbul etməz. Həkim əlavə edib ki, bəzən bu vəziyyət intensiv gəzinti zamanı, çənə, boyun və sol qol kimi nahiyələrə yayılaraq müşahidə edilə bilər.
O, insanların bu simptomları görməməzlikdən gəlməməli olduqlarını, dərhal ürək həkimi ilə əlaqə saxlamalı olduqlarını qeyd edib. Koreneviç həmçinin siqaret çəkənlərin soyuq havada döş sümüyündə yanma hissini bronxial reaksiya ilə əlaqələndirdiyini, lakin bu fikrin səhv olduğunu bildirib. Siqaret çəkənlərin infarkt riski altında olduqları barədə xəbərdarlıq edib.
Həkim, infarktın xəbərdarlıq əlamətlərindən biri olan səhər saatlarında döş sümüyünün arxasında sıxma və yanma ağrılarının da nadir olduğunu, amma vaxtında reaksiya verildikdə həyat xilas edə biləcəyini söyləyib.
Zemfira Ms
Finss.az