ChatGPT və süni intellektin sürətli inkişafı ilə bağlı narahatlıqlar da artıb.
Fins.az xəbər verir ki, Mart ayında İtaliyanın Məlumatların Mühafizəsi Agentliyi şəxsi məlumatların toplanması qaydalarının pozulması şübhəsi ilə OpenAI-nin ChatGPT süni intellekt chatbotunda araşdırmaya başlayarkən proqrama girişi müvəqqəti olaraq dayandırdı.
Qurumdan verilən açıqlamada İtalyan istifadəçilərinin şəxsi məlumatlarının qeyri-qanuni şəkildə toplandığı bildirilən ChatGPT-yə girişin İtaliyanın məxfilik standartları və qaydalarının tələblərinə cavab verənə qədər müvəqqəti olaraq bloklandığı bildirilib.
Kanada Məxfiliyə Nəzarət İdarəsi də aprel ayında "şəxsi məlumatların icazəsiz toplanması, istifadəsi və açıqlanması" şikayətlərindən sonra proqramla bağlı araşdırmaya başladığını elan etdi.
Bildirilib ki, ABŞ Federal Ticarət Komissiyası (FTC) iyul ayında OpenAI-nin şəxsi reputasiya və məlumatları riskə ataraq istehlakçıların müdafiəsi qanunlarını pozub pozmaması ilə bağlı araşdırmaya başlayıb.
Cənubi Koreyanın Şəxsi Məlumatların Mühafizəsi Komissiyası (PIPC) OpenAI-ni ChatGPT tətbiqinin abunəçilərinin ödəniş məlumatlarını 9 saat ərzində açıqladığına görə cərimələyib.
Günel Məlikzadə
Fins.az