Tibb

02 Dekabr

Milyonlarla hesab silinir

Google son həftələrdə 2 il ərzində aktiv olmayan istifadəçilərin hesablarını siləcəyini açıqlamışdı.

Fins.az xəbər verir ki, şirkət dünəndən etibarən bu həftə aktiv olmayan istifadəçilərin Gmail, Drive və Photo hesablarını silməyə başlayıb.

Google daha əvvəl bildirmişdi ki, yaradılandan bəri istifadə edilməyən hesablar ilkin olaraq kəsmə bloku ilə üzləşəcək.

Digər tərəfdən, müəssisələr, məktəblər və digər təşkilatlar vasitəsilə əldə edilən hesabların mümkün silinə bilməyəcəyi bildirilib.

Şirkət qeyd edib ki, hesaba daxil olmaqdan əlavə, e-poçt oxumaq, Google sənədi yaratmaq və ya hətta YouTube videosuna baxmaq da fəaliyyət kimi təsnif edilə bilər.

Buraya xəbər təşkilatına və ya Google Hesabına qoşulmuş proqrama abunəlik də daxildir.

Günel Məlikzadə
Fins.az