Tibb

02 Dekabr

Aİ Amazon-un iRobot-u almasının rəqabətə zərər verəcəyi qənaətindədir

Aİ Komissiyasından verilən açıqlamada, ABŞ mərkəzli Amazon-un iRobot-u satın almasını qiymətləndirmək üçün başladılan rəqabət istintaqında şirkətə qarşı ittihamları ehtiva edən rəsmi etiraz bildirişinin göndərildiyi bildirilib.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, "AB Komissiyası Amazon-a iRobot şirkətinin satışının robot tozsoran bazarında rəqabəti məhdudlaşdıra biləcəyi barədə ilkin rəyini bildirdi" ifadəsi işlədildi.

Açıqlamada Amazon-un pərakəndə satıcılara robot tozsoranlar da daxil olmaqla müxtəlif məhsulların reklamı və satışına imkan verən onlayn bazar təklif etdiyi və Amazon-un onlayn bazarda robot tozsoranların pərakəndə satışı kimi də fəaliyyət göstərdiyi qeyd edilib.

Açıqlamada Amazonun iRobot-un alınmasından sonra robot tozsoran bazarında rəqiblərinə mane olacaq strategiyalar həyata keçirə biləcəyi bildirilib.

Günel Məlikzadə
Fins.az