Məşhur video paylaşma platformasında xəbərləri izləyən TikTok istifadəçilərinin faizi 2020-ci ildən bəri təxminən iki dəfə artıb.
Fins.az Pew Research-in sorğusuna istinadən xəbər verir ki, istehlakçılar xəbərlər üçün rəqəmsal platformalardan istifadə etməyə meyllidirlər, ABŞ-da yaşayan istifadəçilərin təxminən yarısı xəbərləri sosial mediadan alır.
Pew-a görə, 2020-ci ildə TikTok istifadəçilərinin 22 faizi tətbiqdən gələn xəbərləri izlədiyi halda, bu nisbət 2023-cü ildə 43 faizə yüksəlib.
Günel Məlikzadə
Fins.az