Çinin sosial media platforması TikTok-u qadağan edən ölkələrin sayı günü-gündən artır. Bəs TikTok hansı ölkələrdə qadağandır?
Fins.az TikToku qadağan edən ölkələrin siyahısını təqdim edir:
- Avropa Komissiyası və Aİ Şurası kibertəhlükəsizlik tədbiri olaraq 23 fevral 2023-cü ildə TikTok-u işçilərin telefonlarına müvəqqəti olaraq qadağa qoyub.
- Böyük Britaniya hökuməti 16 mart 2023-cü ildə TikTok-u bütün dövlət elektron cihazlarına qadağa qoyub.
- ABŞ-ın Montana ştatında Çin sosial media platforması TikTok tətbiqini tamamilə qadağan edən qanun layihəsi qəbul edilib. Digər tərəfdən, Nyu York Bələdiyyəsi TikTok-un dövlətə məxsus cihazlarda istifadəsini qadağan etdi. Təcrübəni aradan qaldırmaq üçün şəhər mərkəzli qurumlara 30 günlük müddət verilsə də, Amerikalı yetkinlərin yarısı qadağanı dəstəklədi.
- Yeni Zelandiya 17 mart 2023-cü ildə TikTok-un bütün parlament cihazlarında qadağan olunduğunu elan etdi.
- Danimarka 2023-cü ilin mart ayında TikTok-un iş cihazlarında qadağan edilməsini əmr etdi. Ölkənin Müdafiə Nazirliyi təhlükəsizliklə bağlı narahatlıqlara istinad edərək, işçilərə proqramı mümkün qədər tez silməyi əmr edib.
- Azərbaycanda dövlət təhlükəsizliyini əsas gətirərək video əsaslı sosial media platforması TikTok qadağan edilib.
- Taliban 2022-ci ilin aprelində Əfqanıstanda TikTok-u qadağan edərək, platformanın məzmununun "İslam qanunlarına uyğun olmadığını" bildirib.
- Kanada bu ilin fevral ayında bütün hökumət mobil cihazlarında TikTok-u qadağan etdi.
- TikTok 2022-ci ilin dekabrında Tayvanın hökumət cihazlarında qadağan edilib. Bu addım FTB-nin TikTok-un milli təhlükəsizlik riski yaratdığı barədə xəbərdarlıq etməsindən sonra atılıb.
- Nepal 2023-cü ilin noyabrında TikTok tətbiqini qadağan edəcəyini açıqlayaraq, məşhur video tətbiqinin "sui-istifadəsi" səbəbindən ictimai harmoniya və xoş niyyətin pozulduğunu və tətbiqə nəzarət tələbinin artdığını bildirib.
Günel Məlikzadə
Fins.az