Tibb

05 Oktyabr

Görün Apple necə aldadılıb: 10 min saxta məhsul orijinalı ilə əvəzlənib

Zhimin və Zhiting Liao Çindən iPhone və iPad idxal etdiklərinə və ABŞ, Kanadadakı Apple mağazalarında saxta məhsulların ticarətinə görə hər biri 41 ay həbs cəzasına məhkum ediliblər.

Fins.az-ın məlumatına görə, prokurorlar hökm sənədlərində yazıblar ki, Zhimin Liao şəxsən 22 ştatda 105 Apple mağazasına baş çəkib və təxminən 720 saxta iPhone və iPad alqı-satqısına cəhd edib.

Prokurorların sözlərinə görə, Zhiting Liao şəxsən ABŞ və Kanadanın 18 ştatında ən azı 200 Apple mağazasına gedib və təxminən 718 saxta iPhone və iPad alverinə cəhd edib.

Prokurorlar həmçinin Liao qardaşlarının arvadlarını sxemdə müxtəlif rollara görə ittiham ediblər.

Qadınların hər biri də günahını etiraf edib və 3 il şərti azadlıqdan məhrum edilib.

Prokurorlar bildiriblər ki, təqsirləndirilən şəxslər təxminən səkkiz il fəaliyyət göstərən sxem zamanı mağazalarda 10 mindən çox saxta mal almağa cəhd ediblər.

Bunun müqabilində aldıqları orijinal məhsullar daha sonra xarici ölkələrdəki insanlara ixrac edilib. v Apple-ın ümumilikdə təxminən 6,1 milyon dollar itkisinə səbəb olub.

Günel Məlikzadə
Fins.az