Bu ilin I rübündə ABŞ-ın “Pfizer” şirkətinin səhmdarlara aid olan xalis mənfəəti təxminən 1,5 dəfə artaraq 4,877 mlrd. dollara çatıb.
Bu barədə şirkətin maliyyə hesabatında bildirilir.
Qeyd olunur ki, yanvar-mart aylarında şirkətin səhm üzrə seyrəltilmiş mənfəəti bir il əvvəlki 0,6 dollara qarşı 0,86 dollar təşkil edib. Korrektə edilmiş rəqəm 0,77 dollar proqnoza qarşı 0,93 dollar təşkil edib. “Pfizer”in ötən rüb gəlirləri də 1,5 dəfə artaraq 14,582 mlrd. dollara çatıb. Analitiklər gəlirlərin 13,67 mlrd. dollar olacağını gözləyirdilər.
Şirkət həmçinin cari il üçün gəlir üzrə proqnozunu 70,5 - 72,5 mlrd. dollara yüksəldib. Əvvəllər bu rəqəmin 59,4-61,4 mlrd. dollar olacağı gözlənilirdi.
“Pfizer” 2021-ci ildə səhm başına korrektə olunan seyrəltilmiş mənfəətin 3,55-3,65 dollar olacağını proqnozlaşdırılır.
“Pfizer” həmçinin COVID-19 peyvəndindən gəlir proqnozunu əvvəllər gözlənilən 15 mlrd. dollardan 26 mlrd. dollara yüksəldib.
© APA