“Tesla”nın işdən çıxardığı işçisinə görə başı bəladadır

“Tesla” qaradərili işçisinə 137 milyon dollar ödəməmək üçün mübarizə aparır.

Fins.az xəbər verir ki,  avtomobil şirkəti 2015-ci ildə Ouen Dias adlı şəxsi zavodların birinə işə götürüb. O.Dias bir müddət sonra işdə ona qarşı edilən irqçiliyə görə işini itirib.

Daha sonra, Dias İlon Maskın şirkətini məhkəməyə verib. Məhkəmənin qərarı ilə şirkət işçiyə 137 milyon dollar təzminat ödəməlidir.

Lakin, “Tesla”nın vəkilləri və hüquqşunasları bu qərarı qəbul etmək isrtəmirlər. Onlar yenidən məhkəməyə baş vuraraq işə yenidən baxılmasını istəyir.

Ekspertlər bu məsələdə hesab edirlər ki, ola bilsin cərimənin məbləği ikiqat aşağı oldu.  

SHARE THIS STORY

FacebookTelegramTwitter