“ABB” ASC, Bakı, Sumqayıt, Abşeron və regionlarda Banka məxsus köşk və çətir tipli ATM-lərin təmizlənməsi xidmətlərinin satınalınması üzrə tender elan edir.
Fins.az şirkətin tender üzrə tələb və şərtlərini təqdim edir:
Tender sorğusunun elan tarixi: 25.12.2024
Tenderdə iştirak etmək istəyən şirkətlərin xidmət göstərən sahə üzrə ən azı 1 (bir) il iş fəaliyyəti olması tələb olunur.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən və təsdiqlənmiş ödəniş tapşırığını [email protected] elektron poçt ünvanına göndərdikdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu əldə edə bilərlər.
İştirak haqqı: Lot – 1 üzrə 100 (bir yüz) manat
VÖEN: 9900001881
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 13 yanvar 2025-ci il saat 17:00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərflərdə 17 yanvar 2025-ci il saat 17:00-a qədər Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 67 nömrəli ünvana təqdim etməlidirlər.
İddiaçıların təklifləri 21 yanvar 2025-ci il saat 15:00-də Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 67 nömrəli ünvanda açılacaqdır.
Ətraflı məlumat üçün linkə daxil olun.
Zemfira Ms
Fins.az