“ABB” ASC, Pulların daşınması üçün arabaların satınalınması üzrə kotirovka elan edir.
Fins.az şirkətin kotirovka üzrə tələb və şərtlərini təqdim edir:
Kotirovka sorğusunun elan tarixi: 18.12.2024
Kotirovka sorğusunda iştirak etmək istəyən iddiaçılar öz qiymət kotirovkalarını qapalı zərfdə imzalanmış və ya möhürlənmiş şəkildə Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 67 ünvanında yerləşən “ABB” ASC-nin Baş ofisinə 26 dekabr 2024-cü il saat 17:00-a qədər təqdim etməlidirlər.
Kotirovka sorğusu proseduru üzrə zərflərin açılışı 27 dekabr 2024-cü il saat 15:00-da keçiriləcəkdir.
Kotirovka sorğusu ilə bağlı əlavə məlumat almaq üçün adı qeyd edilmiş “ABB” ASC-nin əməkdaşına (İlyas Məmmədzadə: (012) 493-00-91, daxili 82-11/82-14, elektron poçt ünvanları: ([email protected] və [email protected]) müraciət edə bilərsiniz.
Ətraflı məlumat üçün linkə daxil olun.
Zemfira Ms
Fins.az