“ABB” ASC, Bankın və onun törəmə müəssisələrinin (“Qrup”un) 2025-ci, 2026-cı və 2027-ci illər üzrə yarımillik və illik maliyyə göstəriciləri üzrə konsolidasiya edilmiş Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun audit baxışının və audit xidmətinin satınalınması üzrə tender elan edir.
Fins.az şirkətin tender üzrə tələb və şərtlərini təqdim edir:
Tenderdə sorğusunun elan tarixi: 06.12.2024
Tenderdə iştirak etmək istəyən şirkətlərin xidmət göstərən sahə üzrə ən azı 3 (üç) il iş fəaliyyəti olması tələb olunur.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən və təsdiqlənmiş ödəniş tapşırığını [email protected] elektron poçt ünvanına göndərdikdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu əldə edə bilərlər.
İştirak haqqı: Lot – 1 üzrə 350 (üç yüz əlli) manat
VÖEN: 9900001881
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 20 dekabr 2024-cü il saat 17:00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərflərdə 26 dekabr 2024-cü il saat 17:00-a qədər Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 67 nömrəli ünvana təqdim etməlidirlər.
İddiaçıların təklifləri 27 dekabr 2024-cü il saat 15:00-də Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 67 nömrəli ünvanda açılacaqdır.
Ətraflı məlumat üçün linkə daxil olun.
Zemfira Ms
Fins.az