TENDER

07 Oktyabr

Radio kanallarda reklam yayımı - TENDER

"Rabitəbank" ASC“, radio kanallarda reklam yayımı ilə bağlı açıq tender elan edir.

Fins.az şirkətin tender üzrə tələb və şərtlərini təqdim edir:

Tenderin son tarixi: 09.10.2024, saat 13:00.

Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər:
•    Qiymət təklifi vergi daxil Azərbaycan manatı ilə göstərilməlidir (ƏDV və ya sadələşdirilmiş olmasından asılı olmayaraq)
•    Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd
•    Məxfilik müqaviləsi (Tenderdə iştirakını təsdiq edən şirkətlərə e-mail vasitəsilə göndəriləcək)

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tender faylını buradan əldə edə bilərsiniz.

Tender təklifləri Azərbaycan dilində tərtib olunmalıdır. Təkliflər imzalanmış və möhürlənmiş halda qapalı zərfdə, zərfin üzərinə aidiyyəti tenderin adı qeyd edilməklə (Bakı şəh., AZ 1010, 28 May küç. 33) ünvanına göndərilməlidir. 

İştirak etməkdə maraqlı olan şirkətlər tenderin tələbləri, şərtləri və ətraflı məlumat üçün [email protected] elektron ünvanına və ya +99451 271 48 48 nömrəsinə müraciət edə bilərlər.
 

Zemfira Ms
Fins.az