"İcbari Tibbi Siğorta Üzrə Dövlət Agentliyi" PHŞ, nəqliyyat vasitələrinin cari və əsaslı təmiri, sürtkü materiallarının alınması və dəyişdirilməsi xidmətlərinin satınalınması üzrə tender elan edir.
Fins.az xəbər verir ki, iştirak haqqı 600 manatdır və təchizatçılar təklifləri təqdim etmək üçün istifadə haqqı və iştirak haqqı ödəməlidirlər. Təchizatçıların sayının üçdən az olmasına görə satınalmanın baş tutmadığı hallar istisna olmaqla, iştirak haqqı heç bir halda geri qaytarılmır.
İstifadə haqqı 25 manatdır və təchizatçılar tərəfindən satınalmalarda əlaqəli sənədləri görmək üçün istifadə haqqı ödənilir. İstifadə haqqı bir satınalmada iştirak etmək və ya müddətli abunəlik seçmək ilə ödənilə bilər. Ödənilmiş istifadə haqqı heç bir halda geri qaytarılmır.
Satınalan təşkilatın VÖEN-i: 1701911851
Satınalan təşkilatın ünvanı: Nəsimi rayonu, Lev Tolstoy küç 170
Ehtimal olunan qiymət: 62.714,40 AZN
Ətraflı məlumat üçün keçiddən istifadə edin.
Zemfira Ms
Fins.az