TENDER

22 Aprel

Əsaslı təmir üzrə işlərinin satın alınması - TENDER

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi Neftçi Qurbanov küçəsi 136 nömrəli ünvanda yerləşən Kulinariya Mərkəzinin əsaslı təmiri üzrə işlərinin (qalıq işlər) satın alınması üzrə tender keçirir.

Fins.az xəbər verir ki, iştirak haqqı 450 manatdır, təchizatçılar təklifləri təqdim etmək üçün istifadə haqqı və iştirak haqqı ödəməlidirlər. Təchizatçıların sayının üçdən az olmasına görə satınalmanın baş tutmadığı hallar istisna olmaqla, iştirak haqqı heç bir halda geri qaytarılmır. 

İstifadə haqqi isə, 25 manatdır, təchizatçılar tərəfindən satınalmalarda əlaqəli sənədləri görmək üçün istifadə haqqı ödənilir. İstifadə haqqı bir satınalmada iştirak etmək və ya müddətli abunəlik seçmək ilə ödənilə bilər. Ödənilmiş istifadə haqqı heç bir halda geri qaytarılmır.

Satınalan təşkilatın VÖEN-i: 1404365471
Satınalan təşkilatın ünvanı: Nəsimi rayonu, Ü. Hacıbəyli 134.
Musabiqənin adı: Neftçi Qurbanov küçəsi 136 nömrəli ünvanda yerləşən Kulinariya Mərkəzinin əsaslı təmiri üzrə işlərinin (qalıq işlər) satın alınması
Müsabiqənin nömrəsi: 82260
Təsnifat kodu: 72101500 Binalara cari və əsaslı təmir işləri
Ehtimal olunan qiymət: 857.349,65 AZN
Müsabiqənin dərc edilmə tarixi və vaxtı: 22.04.2024 11:58
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 15.05.2024 16:00
Zərflərin açılış tarixi və vaxtı: 15.05.2024 16:00
 
Ətraflı məlumat üçün keçiddən istifadə edin.