TENDER

05 Mart

Nasos stansiyaların və boru kəmərlərin cari təmiri üçün ehtiyat hissələrinin satınalınması - TENDER

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Ağdam Mexaniki Suvarma İdarəsi nasos stansiyaların, hidrotexniki qurğuların, istismar yolların və boru kəmərlərin cari təmiri üçün mal-material və ehtiyat hissələrinin satınalınması üzrə tender elan edir.

Fins.az xəbər verir ki, iştirak haqqı 36.87 manatdır və təchizatçılar təklifləri təqdim etmək üçün istifadə haqqı və iştirak haqqı ödəməlidirlər. Təchizatçıların sayının üçdən az olmasına görə satınalmanın baş tutmadığı hallar istisna olmaqla, iştirak haqqı heç bir halda geri qaytarılmır.

İstifadə haqqı 25 manatdır və təchizatçılar tərəfindən satınalmalarda əlaqəli sənədləri görmək üçün istifadə haqqı ödənilir. İstifadə haqqı bir satınalmada iştirak etmək və ya müddətli abunəlik seçmək ilə ödənilə bilər. Ödənilmiş istifadə haqqı heç bir halda geri qaytarılmır.

Satınalan təşkilatın VÖEN-i: 3200675831
Satınalan təşkilatın ünvanı: Agdam Xındırıstan kəndi.

Ətraflı məlumat üçün keçiddən istifadə edin.

Fuad Mədətov
Fins.az