TENDER

06 Fevral

\"İnnovasiyalar Mərkəzi\" auditor seçib

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə məxsus “İnnovasiyalar Mərkəzi” MMC maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Fins.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Professional Financial Experts" MMC-dir.

Qalib şirkətə 15,6 min manat ödəniləcək.

Fuad Mədətov
Fins.az