TENDER

30 Yanvar

İçməli suyun satın alınması - TENDER

"Su İdmanı Sarayı" Məhdud Məsuliyyətli Cəmiyyəti 19 lt-lik içməli suyun satın alınması üzrə tender elan edir.

Fins.az xəbər verir ki, iştirak haqqı 59.37 manatdır və təchizatçılar təklifləri təqdim etmək üçün istifadə haqqı və iştirak haqqı ödəməlidirlər. Təchizatçıların sayının üçdən az olmasına görə satınalmanın baş tutmadığı hallar istisna olmaqla, iştirak haqqı heç bir halda geri qaytarılmır.

İstifadə haqqı 25 manatdır və təchizatçılar tərəfindən satınalmalarda əlaqəli sənədləri görmək üçün istifadə haqqı ödənilir. İstifadə haqqı bir satınalmada iştirak etmək və ya müddətli abunəlik seçmək ilə ödənilə bilər. Ödənilmiş istifadə haqqı heç bir halda geri qaytarılmır.

Satınalan təşkilatın VÖEN-i: 1701859441
Satınalan təşkilatın ünvanı: AZ1003, Bakı şəhəri, Səbail rayonu,akademik Əhəd Yaqubov küçəsi 15.

Ətraflı məlumat üçün keçiddən istifadə edin.

Fuad Mədətov
Fins.az