TENDER

26 Yanvar

Elm və Təhsil Nazirliyi tender elan edir

Satınalan təşkilatın adı: AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ

Satınalan təşkilatın VÖEN-i: 1500046011

Satınalan təşkilatın ünvanı: Bakı şəhəri Xətai prospekti 49

Musabiqənin adı: Ümumi orta təhsil proqramı üzrə böyük ölçülü dərsliklərin istehsalı ilə bağlı poliqrafiya işləri

ÜSL kod (kateqoriya) - 22112000-8 Dərsliklər,

Müsabiqənin başlama tarixi və vaxtı

25.01.2023 18:00

Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı

20.02.2023 16:00

Təkliflərin son təqdim olunma tarixi və vaxtı

28.02.2023 16:00

Zərflərin açılış tarixi və vaxtı

01.03.2023 16:00

İştirak haqqı: 1500 AZN

İştirak haqqının ödənilməsi yalnız Asan Ödəniş vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmək üçün müsabiqəyə daxil olduqdan sonra “Asan Ödəniş”lə ödə " düyməsini sıxaraq aidiyyatı keçid vasitəsilə ödənişi etdikdən sonra müsabiqədə iştirak edə bilərsiniz:

ÇATDIRILMA YERİ

Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsinin Salyan şosesi, 14 ünvanında yerləşən anbarı

ÇATDIRILMA MÜDDƏTİ

15 avqust 2023-cü il tarixinədək

ÇATDIRILMA ŞƏRTLƏRİ

DDP

ÖDƏNİŞ ŞƏRTLƏRİ

Sifarişçi İcraçıya müqavilə dəyərinin 30 (otuz) faizi həcmindən çox olmayan vəsaiti (avans ödənişini) müqavilə qüvvəyə mindiyi gündən sonra avans ödənişinin məbləğində bank təminatı (bank təminatı müqavilənin bitmə tarixinə qədər qüvvədə olmalıdır) təqdim edildiyi təqdirdə, İcraçının təqdim etdiyi sənədlər (hesab-faktura və s. sənədlər) əsasında ödəyə bilər.

Təklifin qiymətinin hesablanmalı və ifadə edilməli olduğu valyuta: AZN