TENDER

21 Avqust

Milli rabitə operatoru “Huawei”dən 850 min manatlıq avadanlıq alır – Müqavilə

“Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətin elan etdiyi tenderin qalibi məlum olub.

Fins.az xəbər verir ki, qalib şirkət “Huawei Technologies Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyət olub və şirkətlə satınalma müqaviləsi imzalanıb.

Müqavilədə 29824 sayda ADSL/VDSL və 3072 POTS port tutumu yaradılması üçün DSLAM avadanlığının satınalınması nəzərdə tutulur.

Müqavilənin ümumi məbləği isə 849 min 442 manatdır.

Bildirək ki, “Huawei Technologies Azərbaycan” MMC 2011-ci ildə Azərbaycanda dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 300000 USD təşkil edir və qanuni təmsilçisi Canlin Lu-dur.

Onu da qeyd edək ki, Azərbaycan Respublikasının Milli rabitə operatoru olan “Aztelekom” MMC fərdi və korporativ müştərilərə, rabitə operatorlarına və digər istifadəçilərə müxtəlif rabitə xidmətlərini göstərir.