TENDER

20 Avqust

Lifttəmir İstehsalat Birliyi tender elan edir

Təşkilatın adı: "LİFTTƏMİR" İSTEHSALAT BİRLİYİ

Təşkilat VOEN: 1400266501

Təşkilatın ünvanı: Bakı ş., D.Əliyeva 164

Tender predmeti: Bakı şəhərinə quru yol ilə yüklərin daşınması xidmətlərinin və gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün broker xidmətlərinin satınalınması

Tenderin adi: Bakı şəhərinə quru yol ilə yüklərin daşınması xidmətlərinin və gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün broker xidmətlərinin satınalınması

Bakı şəhərinə quru yol ilə yüklərin daşınması xidmətlərinin və gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün broker xidmətlərinin satınalınması

Başlıq Açıqlama Miqdar  
Bakı şəhərinə quru yolu ilə yüklərin daşınması xidmətləri Əsas şərtlər toplusunda göstərilmişdir 4 ay
Gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün broker xidmətləri Əsas şərtlər toplusunda göstərilmişdir 4 ay

ÜSL kod (kateqoriya) - 60112000-6 İctimai yol nəqliyyat xidmətləri,

Açıq tenderin başlama tarixi və vaxtı

30.07.2020 17:03

Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı

20.08.2020 17:10

Tender təklifinin təqdim edilməsinin son tarixi və vaxtı

31.08.2020 17:05

Zərflərin açılış tarixi və vaxtı

31.08.2020 17:10

İştirak haqqı: 500 AZN

İştirak haqqının ödənilməsi yalnız Asan Ödəniş vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmək üçün müsabiqəyə daxil olduqdan sonra “Asan Ödəniş”lə ödə " düyməsini sıxaraq aidiyyatı keçid vasitəsilə ödənişi etdikdən sonra müsabiqədə iştirak edə bilərsiniz:

ÇATDIRILMA YERİ

Bakı şəhərində müəyyən edilmiş anbar

ÇATDIRILMA MÜDDƏTİ

4 (dörd) ay

ÇATDIRILMA ŞƏRTLƏRİ

DDP

ÖDƏNİŞ ŞƏRTLƏRİ

Ödəniş nağdsız şəkildə köçürmə yolu ilə ödənilir

Təklifin qiymətinin hesablanmalı və ifadə edilməli olduğu valyuta: AZN

TƏLƏB OLUNAN SƏNƏDLƏR

Təşkilati və hüquqi sənədlər:
Malgöndərənin (podratçının) tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
Sənədlərin əsli PDF formatında skayn olunaraq yüklənməlidir
Malgöndərənin (podratçının) Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış;
Müvafiq dövlət orqanından alınmış arayışın əsli PDF formatında skayn olunaraq yüklənməlidir
Malgöndərənin (podratçının) son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
Müvafiq dövlət orqanından alınmış sənədin surəti PDF formatında skayn olunaraq yüklənməlidir
Malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
Sənədlərin əsli PDF formatında skayn olunaraq yüklənməlidir
Malgöndərənin (podratçının) mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması haqqında məlumat;
“Əmək müqaviləsi bildirişi” altisistemindən çıxarışa əsasən və illik dövriyyəsinə əsasən rəsmi blankda olmaqla hansı sahibkarlıq subyekti olduğuna dair məlumat PDF formatında skayn olunaraq yüklənməlidir
Malgöndərənin (podratçının) müvafiq sahə üzrə fəaliyyətinə icazə verilən lisenziyalar və əsas şərtlər toplusuna uyğun olaraq ixtisas göstəricilərini müəyyən sənədlər;
Belə sənədlər varsa PDF formatında skayn olunaraq yüklənməlidir.
 
İxtisas göstəriciləri:
 
 

Qeyd olunmuş prosedurlar üçün mətn

TENDER TƏKLİFİ

 

Texniki təklif: 20 bal

İddiaçının maliyyə vəziyyətinə, maliyyə resurslarının qaneedici olmasına görə;
5
İddiaçının maliyyə vəziyyətinə, sərbəst maliyyə resurslarının qaneedici olmasına görə “5” bal, o cümlədən: İddiaçının son illik maliyyə hesabatına əsasən mənfəətlə işlədiyinə görə -“3” bal, ziyanla “0” bal; İddiaçının sərbəst maliyyə resurslarının və dövriyyə vəsaitlərinin qaneedici olmasına görə -“2” bal, qaneedici deyilsə -“0” bal;
Iddiaçının etibarlılığına, müsabiqədə təqdim olunmuş sənədlərinin tamlığına və dürüstlüyünə görə;
3
İddiaçının etibarlılığına, müsabiqəyə təqdim olunmuş sənədlərin tamlığına və dürüstlüyünə görə - “3” bal.
Malların “Əsas şərtlər toplusu”nda nəzərdə tutulan müddətdə təhvil verilməsinə görə;
2
“Əsas şərtlər toplusu”nda nəzərdə tutulan müddətdən əvvəl təhvil verilməsinə görə - “2” bal, iddiaçı əvvəlki illərdə tender qalibi kimi malların vaxtında çatdırılmasını gecikdirmişdirsə, “0” bal;
İddiaçının təcrübəsinə görə;
3
İddiaçının təcrübəsinə görə -“3” bal o cümlədən: 1 ildən 3 ilə qədər – “1” bal; 3 ildən 5 ilə qədər – “2” bal; 5 ildən və daha çox – “3” bal;
Iddiaçının işçilərinin, o cümlədən ixtisaslaşmış kadrlarının sayına görə;
3
İddiaçının işçilərinin, cümlədən ixtisaslanmış kadrlarının sayına görə - “3” bal;
İddiaçının maddi-texniki bazasının vəziyyətinə (sifarişi yerinə yetirməsi imkanlarına ) görə;
4
İddiaçının maddi-texniki bazasının vəziyyətinə (sifarişin yerinə yetirməsi imkanlarına) -“4” bal;
 

Qiymət təklifi:: 80 bal

Təklifin qüvvədə olma müddəti
-
Ən azı 30 bank günü (təklif zərfləri açıldıqdan sonra)
Qiymət təklifi
80
Təklif olunan qiymətlər (bütün vergilər və xərclər daxil olmaqla) Azərbaycan manatı ilə təqdim olunmalıdır. Xarici valyutada təqdim olunan qiymət təkliflərini Azərbaycan manatına çevirmək üçün satınalan təşkilat banklararası valyuta birjasında tender təkliflərinin verilmə günündən əvvəlki son valyuta hərracında müəyyənləşmiş məzənnəni əsas götürüb qiymətləndirməni aparacaq.
Tender təklifinin təminatı
-
Təklifin qiymətinin 1%-i məbləğində Ən azı 60 bank günü (təklif zərfləri açıldıqdan sonra)
Müqavilənin təminatı
-
Muqavilə qiymətinin 3 %-i həcmində

Qeyd olunmuş prosedurlar üçün mətn

Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri)

Tender təklifi: 30 bank günü (zərflərin açıldığı tarixdən sonra qüvvədə olma müddəti
Təklifin təminatı: 60 bank günü (təminatın qüvvədə olma müddəti (zərflərin açıldığı tarixdən sonra
Kəmalə Aslanova
baş mühasib
5946594
5946594

Tələb olunan iddiacıların sayı: 3

  • • məlumat mübadiləsi yalnız dövlət satınalmaları vahid internet portalı vasitəsilə aparılır; • məxfi məlumatlarla əlaqədar satınalmalar zamanı belə məlumatların qorunması üçün satınalan təşkilat tərəfindən tədbirlər görülür; • satınalan təşkilat və ya onun adından malgöndərənə (podratçıya), həmçinin malgöndərənlər (podratçılar) tərəfindən satınalan təşkilata məlumatların ötürülməsi yalnız dövlət satınalmaları vahid internet portalı vasitəsilə aparılır; • Kağız üsulu ilə təqdim edilmiş təkliflər və sorğular nəzərə alınmayacaq.
  • Dövlət satınalmaları vahid internet portalına daxil olma, təkliflərin təqdim edilməsi elektron imza və ya Asan imza vasitəsilə mümkündür.
  • Elektron satınalma Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının Qanunun 50-3-cü maddəsinə uyğun olaraq malgöndərənlərə (podratçılara) təqdim olunan meyarlar əsasında bağlanılır
  • Tender təklifləri, eləcədə bütün yazışmalar və sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Malgöndərənlər (podratçılar) Tender təkliflərini, eləcədə bütün sənədləri və müraciətləri Dövlət satınalmaları üzrə vahid internet portalı vasitəsi ilə təqdim etməlidirlər. Müsabiqədə göstərilən vaxtdan gec təqdim olunmuş sənədlər və təkliflər qəbul olunmayacaq. Malgöndərənlər (podratçılar)səlahiyyətli nümayəndələri portala daxil olmaqla iştirak edə bilərlər. Tender zərflərinin açılışı, tenderin qiymətləndirilməsi və bütün prosedurlar yalnız elektron qaydada vahid internet Portalı vasitəsilə aparılır. Bunun üçün podratçı Asan imza, ya da Elektron İmzanın sahibi olmalıdır.
  • Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir. Qanun və digər aidiyyəti normativ hüquqi aktlar ilə Portalın qanunvericilik hissəsində (//etender.gov.az/laws) tanış ola bilərsiz.
  • Malgöndərənlər (podratçılar) bu tenderə dair izahatları Portalın sual-cavab hissəsi vasitəsilə satınalan təşkilata müraciət edərək ala bilərlər.
  • Satınalan təşkilatın bu tenderin keçirilməsi zamanı qanunvericiliklə müəyyən olunmuş vəzifələrini yerinə yetirməməsi nəticəsində itkiyə və ya zərərə düşdüyünü bəyan edən malgöndərənin “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun (Bakı şəhəri, 27 dekabr 2001-ci il, № 245 – II Q) VIII fəslində və digər qanunvericilikdə nəzərdə tutulmuş qaydada və prosedurlara uyğun şikayət vermək hüququ vardır. Şikayətlər portal vasitəsi ilə təqdim olunur.
  • Elektron satınalma vasitəsilə açıq tenderin keçirilməsi zamanı bu Qanunun 40.1-ci maddəsində nəzərdə tutulan bildiriş tender təklifi aksept edildikdən sonra tender təklifini vermiş malgöndərənə (podratçıya) dövlət satınalmalarının vahid internet portalı vasitəsilə göndərilir. Elektron satınalma vasitəsilə keçirilən müsabiqə üzrə satınalma müqaviləsi tenderin qalibi ilə dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada bağlanılır və bu Qanuna əsasən tələb olunduğu hallarda müqavilənin yerinə yetirilməsi təminatı həmin portal vasitəsilə təqdim edilir. Dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron müqavilənin bağlanılması məqsədilə satınalan təşkilat tender müqaviləsi aksept edildikdən sonra 3 bank günündən gec olmayaraq satınalma müqaviləsini hazırlayaraq, həmin portala yerləşdirir və imzalayır. Malgöndərən (podratçı) həmin müqaviləni 5 bank günü müddətində imzalayır. Nəzərdə tutulmuş müddət ərzində satınalma müqaviləsinin imzalanmaması həmin müqavilədən imtina edilməsi kimi qiymətləndirilir.
  • Müəyyən edilməmişdir
 
 

QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.

Açıq tenderin elektron şərtlər toplusunu 30.07.2020 17:03 tarixindən sonra əldə edə bilərsiniz