TENDER

20 Dekabr

"CƏNUB QAZ DƏHLİZİ" QSC tender elan edir

Təşkilatın adı: "CƏNUB QAZ DƏHLİZİ" QAPALI SƏHMDAR CƏMİYYƏTİ

Təşkilat VOEN: 1701605251

Təşkilatın ünvanı: Bakı şəh., Heydər Əliyey prospekti 121

Tender predmeti: “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətinin 01 yanvar 2019-cu il tarixindən 31 dekabr 2021-ci il tarixinə qədər (2019-2021-ci illər) hər hesabat ili üzrə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) əsasən tərtib olunmuş konsolidə edilmiş maliyyə hesabatlarının Beynəlxalq Audit Standartlarına uyğun olaraq müstəqil auditinin həyata keçirilməsi üçün xidmətlər.

Tenderin adi: Maliyyə hesabatlarının Beynəlxalq Audit Standartlarına uyğun müstəqil auditi

“Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətinin 01 yanvar 2019-cu il tarixindən 31 dekabr 2021-ci il tarixinə qədər (2019-2021-ci illər) hər hesabat ili üzrə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) əsasən tərtib olunmuş konsolidə edilmiş maliyyə hesabatlarının Beynəlxalq Audit Standartlarına uyğun olaraq müstəqil auditinin həyata keçirilməsi üçün xidmətlər.

Başlıq Açıqlama Miqdar  
Audit xidmətləri maliyyə hesabatlarının Beynəlxalq Audit Standartlarına uyğun müstəqil auditi 3 il

ÜSL kod (kateqoriya) - 79212000-3 Audit xidmətləri,

Açıq tenderin başlama tarixi və vaxtı

20.12.2019 09:00

Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı

15.01.2020 09:00

Tender təklifinin təqdim edilməsinin son tarixi və vaxtı

24.01.2020 18:00

Zərflərin açılış tarixi və vaxtı

27.01.2020 09:00

İştirak haqqı: 100 AZN

Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:

 
Hesab: АZ20İBAZ38020019441115706120
 
VÖEN: 1701605251
 
Bank: Azərbaycan Beynəlxalq Bankı - Premyer Müştəri Xidməti
 
Kodu: 805250
 
M/H: АZ03NABZ01350100000000002944
 
S.W.İ.F.T: İBAZAZ2Х
 
Büdcə təsnifat kodu:

ÇATDIRILMA YERİ

Bakı şəh., Heydər Əliyev prospekti 121, SOCAR Tower

ÇATDIRILMA MÜDDƏTİ

hər təqvim ili üçün növbəti təqvim ilinin iyun ayının 15-dək

ÇATDIRILMA ŞƏRTLƏRİ

DDP

ÖDƏNİŞ ŞƏRTLƏRİ

Təhlil prosedurları başlayan zaman hesabat ili üçün nəzərdə tutulmuş xidmət haqqının 50%-i, illik maliyə hesabatlarının yekun audit protokolu təqdim edildikdən sonra hesabat ili üçün nəzərdə tutulmuş xidmət haqqının yerdə qalan 50%-i.

Təklifin qiymətinin hesablanmalı və ifadə edilməli olduğu valyuta: AZN

TƏLƏB OLUNAN SƏNƏDLƏR

Tələb olunan sənədlər:
İştirakçının Azərbaycan Respublikasında dövlət qeydiyyatı haqqında sənədin surəti
surəti
İştirakçının VÖEN-i və bank rekvizitləri
arayış və ya surəti
İştirakçının ünvanı və əlaqə telefonları
hüquqi və faktiki ünvan
İştirakçının nizamnaməsi
surəti
Xidmətlərin satın alınması barədə müqaviləni iştirakçı adından imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd
arayış
Auditor fəaliyyətinin həyata keçirilməsi üçün iştirakçıya verilmiş xüsusi razılığın (lisenziyanın) surəti
surəti
 
İxtisas göstəriciləri:
Ixtisas göstəricisi (VII)
müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması
Ixtisas göstəricisi (VI)
satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi
Ixtisas göstəricisi (V)
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Ixtisas göstəricisi (IV)
müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması
Ixtisas göstəricisi (III)
öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması
Ixtisas göstəricisi (II)
satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması
Ixtisas göstəricisi (I)
satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması
 

Qeyd olunmuş prosedurlar üçün mətn

TENDER TƏKLİFİ

 

Texniki təklif: 60 bal

Texniki meyar (VI)
7.5
Şirkətin CQD-nin auditi ilə bağlı təcrübəsi (BMHS əsasında hazırlanmış maliyyə hesabatlarının auditinin sayı) 5 və daha artıq - 50 bal 3-4 ədəd - 30 bal 1-2 ədəd – 15 bal
Texniki meyar (V)
7.5
CQD-in auditində iştirak edən layihə qrupunun rəhbərləriyinə (baş menecer və partnyor səviyyəsində) daxil olan ACCA və/və ya CPA kvalifikasiyalı mütəxəssislərin sayı 5 və daha artıq - 50 bal 3-4 ədəd - 30 bal 1-2 ədəd – 15 bal
Texniki meyar (IV)
7.5
Şirkətinin Şahdəniz HPBS-in Mənfəət Vergisi Bəyannaməsinin hazırlanmasına aid olan müddəalarına uyğun hazırlanmış Mənfəət Vergisi Bəyannaməsi ilə təcrübə üzrə göstərici (Şahdəniz HPBS-in Mənfəət Vergisi Bəyannaməsinin hazırlanmasına aid olan müddəalarına uyğun hazırlanmış Mənfəət Vergisi Bəyannamələrin auditinin sayı) 35 ədəddən artıq - 60 bal 31-35 ədəd – 50 bal 26-30 ədəd – 40 bal 21-25 ədəd – 30 bal 11-20 ədəd – 20 bal 1-10 ədəd – 10 bal
Texniki meyar (III)
7.5
Şirkətin Azərbaycanda qaz boru kəmərləri layihələri ilə təcrübə üzrə göstərici (Azərbaycanda qaz boru kəməri layihələri üzrə müəssisələrində BMHS/ABŞ ÜQMP əsasında hazırlanmış maliyyə hesabatlarının auditinin sayı) 35 ədəddən artıq - 60 bal 31-35 ədəd – 50 bal 26-30 ədəd – 40 bal 21-25 ədəd – 30 bal 11-20 ədəd – 20 bal 1-10 ədəd – 10 bal
Texniki meyar (II)
7.5
Şirkətin Azərbaycanda qaz layihələri ilə təcrübə üzrə göstərici (Azərbaycanda qaz layihələri üzrə müəssisələrdə (müəssisələrin adı və hər bir müəssisə üzrə hesabatların sayı göstərilməklə) BMHS/ABŞ ÜQMP əsasında hazırlanmış maliyyə hesabatlarının auditinin sayı) 35 ədəddən artıq - 60 bal 31-35 ədəd – 50 bal 26-30 ədəd – 40 bal 21-25 ədəd – 30 bal 11-20 ədəd – 20 bal 1-10 ədəd – 10 bal
Texniki meyar (I)
7.5
Şirkətin işçi heyətində çalışan ACCA və/və ya CPA kvalifikasiya proqramlarına daxil olan bütün imtahanları uğurla tamamlamış peşəkar auditorların sayı üzrə göstərici (sadalanan kvalifikasiya proqramlarına daxil olan bütün imtahanların uğurla verilməsini təsdiq edən sənəd və əmək kitabçasının surətləri əlavə olunmaqla) 20 nəfərdən artıq – 60 bal 16-20 nəfər – 40 bal 11-15 nəfər – 30 bal 6-10 nəfər – 20 bal 1-5 nəfər – 10 bal
Texniki meyar (VII)
7.5
Şirkətinin Azərbaycanda fəaliyyət göstərən neft-qaz şirkətlərinin bir və ya bir neçə sayda buraxılan qiymətli kağızlarla əlaqədar beynəlxalq təyinatlı Prospektinin hazırlanması ilə bağlı təcrübə göstəricisi (Qiymətli Kağızlar haqqında Qanununun S Aktı və 144A Qaydasına əsasən hazırlanmış hesabatların sayı) 5 və daha artıq - 50 bal 3-4 ədəd - 30 bal 1-2 ədəd – 15 bal
Texniki meyar (VIII)
7.5
Şirkətinin Azərbaycanda fəaliyyət göstərən mürrəkəb konsolidasiya (5 və daha artıq müəssisəni özündə əks etdirən) tələb edən neft-qaz şirkətlərinin auditi ilə bağlı təcrübə göstəricisi (BMHS-ə əsasən hazırlanmış hesabatların sayı) 25 ədəddən artıq– 60 bal 21-25 ədəd – 50 bal 16-20 ədəd – 40 bal 11-15 ədəd– 30 bal 6-10 ədəd – 20 bal 1-5 ədəd – 10 bal
 

Qiymət təklifi:: 40 bal

Müqavilənin təminatı
-
 
Təklifin qüvvədə olma müddəti
-
Tender təklifinin qüvvədə olma müddəti: Tender təkliflərinin baxılması günündən etibarən 30 (otuz) bank günü.
Tender təklifinin təminatı
-
Tender təklifinin təminatı, Tender təklifinin ümumi qiymətinin 1%-i (bir faizi) həcmində müəyyən olunur. Tender təklifinin təminatı bank zəmanəti formasında olmalıdır və tender təklifi ilə təqdim olunmalıdır. Tender təklifinin təminatının qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 (otuz) bank günü çox olmalıdır.
Qiymət təklifi
40
Faiz aşağıdakı formula ilə müəyyən olunur: İNQ=QT x MNQ/İT İNQ – İddiaçının təklifinin nisbi qiyməti (balı) QT – Qalibin təklifinin qiyməti (balı) MNQ – Meyar üzrə maksimum nisbi qiymət (bal)

Qeyd olunmuş prosedurlar üçün mətn

Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri)

Tender təklifi: 30 bank günü (zərflərin açıldığı tarixdən sonra qüvvədə olma müddəti
Təklifin təminatı: 60 bank günü (təminatın qüvvədə olma müddəti (zərflərin açıldığı tarixdən sonra
KAMRAN NIFTƏLİYEV
BAŞ HÜQUQŞÜNAS
+994504918611
+994504918611

Tələb olunan iddiacıların sayı: 3

  • • məlumat mübadiləsi yalnız dövlət satınalmaları vahid internet portalı vasitəsilə aparılır; • məxfi məlumatlarla əlaqədar satınalmalar zamanı belə məlumatların qorunması üçün satınalan təşkilat tərəfindən tədbirlər görülür; • satınalan təşkilat və ya onun adından malgöndərənə (podratçıya), həmçinin malgöndərənlər (podratçılar) tərəfindən satınalan təşkilata məlumatların ötürülməsi yalnız dövlət satınalmaları vahid internet portalı vasitəsilə aparılır; • Kağız üsulu ilə təqdim edilmiş təkliflər və sorğular nəzərə alınmayacaq.
  • Dövlət satınalmaları vahid internet portalına daxil olma, təkliflərin təqdim edilməsi elektron imza və ya Asan imza vasitəsilə mümkündür.
  • Elektron satınalma Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının Qanunun 50-3-cü maddəsinə uyğun olaraq malgöndərənlərə (podratçılara) təqdim olunan meyarlar əsasında bağlanılır
  • Tender təklifləri, eləcədə bütün yazışmalar və sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Malgöndərənlər (podratçılar) Tender təkliflərini, eləcədə bütün sənədləri və müraciətləri Dövlət satınalmaları üzrə vahid internet portalı vasitəsi ilə təqdim etməlidirlər. Müsabiqədə göstərilən vaxtdan gec təqdim olunmuş sənədlər və təkliflər qəbul olunmayacaq. Malgöndərənlər (podratçılar)səlahiyyətli nümayəndələri portala daxil olmaqla iştirak edə bilərlər. Tender zərflərinin açılışı, tenderin qiymətləndirilməsi və bütün prosedurlar yalnız elektron qaydada vahid internet Portalı vasitəsilə aparılır. Bunun üçün podratçı Asan imza, ya da Elektron İmzanın sahibi olmalıdır.
  • Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir. Qanun və digər aidiyyəti normativ hüquqi aktlar ilə Portalın qanunvericilik hissəsində (//etender.gov.az/laws) tanış ola bilərsiz.
  • Malgöndərənlər (podratçılar) bu tenderə dair izahatları Portalın sual-cavab hissəsi vasitəsilə satınalan təşkilata müraciət edərək ala bilərlər.
  • Satınalan təşkilatın bu tenderin keçirilməsi zamanı qanunvericiliklə müəyyən olunmuş vəzifələrini yerinə yetirməməsi nəticəsində itkiyə və ya zərərə düşdüyünü bəyan edən malgöndərənin “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun (Bakı şəhəri, 27 dekabr 2001-ci il, № 245 – II Q) VIII fəslində və digər qanunvericilikdə nəzərdə tutulmuş qaydada və prosedurlara uyğun şikayət vermək hüququ vardır. Şikayətlər portal vasitəsi ilə təqdim olunur.
  • Elektron satınalma vasitəsilə açıq tenderin keçirilməsi zamanı bu Qanunun 40.1-ci maddəsində nəzərdə tutulan bildiriş tender təklifi aksept edildikdən sonra tender təklifini vermiş malgöndərənə (podratçıya) dövlət satınalmalarının vahid internet portalı vasitəsilə göndərilir. Elektron satınalma vasitəsilə keçirilən müsabiqə üzrə satınalma müqaviləsi tenderin qalibi ilə dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada bağlanılır və bu Qanuna əsasən tələb olunduğu hallarda müqavilənin yerinə yetirilməsi təminatı həmin portal vasitəsilə təqdim edilir. Dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron müqavilənin bağlanılması məqsədilə satınalan təşkilat tender müqaviləsi aksept edildikdən sonra 3 bank günündən gec olmayaraq satınalma müqaviləsini hazırlayaraq, həmin portala yerləşdirir və imzalayır. Malgöndərən (podratçı) həmin müqaviləni 5 bank günü müddətində imzalayır. Nəzərdə tutulmuş müddət ərzində satınalma müqaviləsinin imzalanmaması həmin müqavilədən imtina edilməsi kimi qiymətləndirilir.
  • Müəyyən edilməmişdir
 
 

QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.

Açıq tenderin elektron şərtlər toplusunu 20.12.2019 09:00 tarixindən sonra əldə edə bilərsiniz