TENDER

19 Dekabr

Nazirlikdən “Şinkar Holding”ə 1,6 milyon manatlıq sifariş

Dövlət Yanğından Mühafizə Xidmətinin Göyçay rayon Dövlət Yanğından Mühafizə Hissəsi üçün 3 girişli yanğınsöndürmə depo binası tikiləcək.

Fins.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi “Şinkar Holding” MMC ilə müqavilə imzalayıb. Müqavilənin məbləği 1 milyon 559 min manatdır.

Müqavilə “Nazirliyin  Dövlət Yanğından Mühafizə Xidmətinin Göyçay rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 3 girişli yanğınsöndürmə depo binasının tikinti işlərinin satın alınması”nın nəzərdə tutur.

© Marja

Həmçinin Dövlət Yanğından Mühafizə Xidmətinin Füzuli rayon Dövlət Yanğından Mühafizə Hissəsi üçün də 3 girişli yanğınsöndürmə depo binası tikiləcək. Bu məqsədlə Fövqəladə Hallar Nazirliyi “AVS Təmir tikinti” MMC ilə məbləği 1 milyon 682 min manat olan müqavilə imzalayıb.