BİZNES

26 İyun
36

Nazirlik: Şagirdlərin yerdəyişməsi üzrə ərizələrin qəbulu dayandırılır, proses elektronlaşdırılır

Ölkənin ümumi təhsil müəssisələrində şagird yerdəyişməsi prosesi elektronlaşdırılır.

Təhsil Nazirliyindən verilən məlumata görə, bu istiqamətdə görülən işlərlə əlaqədar avqustun 1-dək şagirdlərin yerdəyişməsi üzrə ərizələrin qəbulu dayandırılır.

Ölkədən xaricdə təhsilini davam etdirəcək şagirdlər sənədlərini müvafiq təhsili idarəetmə orqanlarından və ümumi təhsil müəssisələrindən istənilən vaxt ala bilərlər.