TƏHSİL

25 Noyabr

Emin Əmrullayev: “Elm və Təhsil Nazirliyinin tabeliyində 16 min boş yer var”

“Hazırda Elm və Təhsil Nazirliyinin tabeliyində 16 min boş yer var”.

Bunu elm və təhsil naziri Emin Əmrullayev brifinqdə deyib.

Onun sözlərinə görə, valideynlər öz istəklərinə uyğun bağçaya uşaqları yerləşdirmək istəyir və problem yaşanır:

“Bağçalardakı boş yerlərə qəbulun aparılması üçün həftənin müəyyən günlərində müvafiq portal yaradılacaq. Məqsəd valideynlərin boş yerləri görməsi və uşaqları qeydiyyatdan keçirməsidir”.

Nazir qeyd edib ki, məktəbəqədər təhsil müəssisələrində tərbiyəçilərin mərkəzləşdirilmiş qaydada işə qəbul müsabiqəsində 4539 namizəd qeydiyyatdan keçib:

“Onlardan 739 nəfər imtahana buraxılıb, 332 nəfəri uğur qazanıb. Lakin 122 vakant yerimiz var”.

Nazir əlavə edib ki, şagird sayı 2 mindən çox olan məktəblərdə dərs deyən direktorların aylıq əməkhaqqı 2000-2500 manat təşkil edir:

“Direktorlar gələcəkdə yüksək bal toplayan müəllimlər arasından seçiləcək”.

(c)oxu.az