TƏHSİL

14 Sentyabr

Tələbə və müəllimlərin vaksinasiya müddəti artırılır

“Təhsil Nazirliyi təhsil işçilərinin oktyabr ayının 1-dən deyil, həmin ay ərzində hər iki peyvəndin dozasını qəbul edə bilməsi təklifi ilə çıxış edib”.

Bunu təhsil nazirinin müşaviri Rüstəm Ağayev bildirib.

Onun sözlərinə görə, hazırda bu barədə müzakirələr aparılır:

“Düşünürük ki, təhsil işçiləri və tələbələrə əlavə imkan veriləcək”.

R. Ağayev qeyd edib ki, qərar təkcə ali, orta ixtisas tədrisi müəssisələrində çalışan və təhsil alanlara deyil, bütün təhsil işçilərinə şamil ediləcək.