TƏHSİL

13 Sentyabr

Xarici diplom və sertifikatların ölkəmizdə tanınması üçün hansı sənədlər tələb olunur? – DİQQƏT

Xarici  dövlətlərdə əldə edilmiş kvalifikasiyanın (diplom,asttestat,sertifikat) tanınması  Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən həyata  keçirilir.

Nazirlər Kabineti  tərəfindən  təsdiq  edilmiş  qaydalara  uyğun  olaraq,TKTA ali təhsilin yalnız bakalavriat, əsas (baza ali) tibb və magistratura səviyyələri üzrə əldə edilmiş xarici kvalifikasiyaların tanınmasını  həyata  keçirir.

Bəs  tanınma  üçün həm  bakalavriat, həm  də  magistratura pilləsində  hansı  sənədlər  tələb olunur?

Fİns.az  kvalifikasiyaların  tanınması  üçün  lazım  olan  sənədləri  təqdim edir.

Bakalavriat:

  • ali təhsil haqqında sənəd (diplom) və ona aid apostilin əsli;
  • ali təhsil haqqında sənədə əlavə (transkript) və ona aid apostilin əsli;
  • ali təhsil haqqında sənəd (diplomun) və ona aid apostilin notariat qaydada təsdiq olunmuş Azərbaycan dilinə tərcüməsi;
  • ali təhsil haqqında sənədə əlavə (transkript) və ona aid apostilin notariat qaydada təsdiq olunmuş Azərbaycan dilində tərcüməsi;
  • şəxsiyyət vəsiqəsinin elektron surəti [skan] (xarici ölkə vətəndaşları - daimi/müvəqqəti yaşama icazəsi);
  • ümumvətəndaş (xarici) pasportunun elektron surəti [skan] (şəkil olan və sərhədkeçməni bildirən bütün möhürlü səhifələri);
  • hərbi biletin və ya hərbi xidmətin qeydiyyatı haqqında arayışın elektron surəti [skan].

Bakalavriat səviyyəsinə orta ixtisas təhsili haqqında diplom əsasında qəbul olunduğunuz halda – həmin diplomun elektron surəti [skan] tələb olunur. Bakalavr diplomu xarici ali təhsil müəssisəsi tərəfindən verildikdə, ilk öncə həmin diplom üzrə kvalifikasiyanın tanınması üçün müraciət olunmalıdır.

Magistratura:

  • ali təhsil haqqında sənəd (diplom) və ona aid apostilin əsli;
  • ali təhsil haqqında sənədə əlavə (transkript) və ona aid apostilin əsli;
  • ali təhsil haqqında sənəd (diplomun) və ona aid apostilin notariat qaydada təsdiq olunmuş Azərbaycan dilinə tərcüməsi;
  • ali təhsil haqqında sənədə əlavə (transkript) və ona aid apostilin notariat qaydada təsdiq olunmuş Azərbaycan dilində tərcüməsi;
  • bakalavriat səviyyəsi üzrə ali təhsil haqqında sənədin (diplom) elektron surəti [skan];
  • şəxsiyyət vəsiqəsinin elektron surəti [skan] (xarici ölkə vətəndaşları - daimi/müvəqqəti yaşama icazəsi);
  • ümumvətəndaş (xarici) pasportunun elektron surəti [skan] (şəkil olan və sərhədkeçməni bildirən bütün möhürlü səhifələri);
  • hərbi biletin və ya hərbi xidmətin qeydiyyatı haqqında arayışın elektron surəti [skan].

Sənədlərin  tanınması  xidməti ödəniş  əsasında  həyata  keçirilir

Ərizəçilər xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması üzrə sənədlərin qəbulu və ekspertizasının keçirilməsi üçün 250 AZN, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması haqqında şəhadətnamənin itirilməsi və ya korlanması halında, dublikat şəhadətnamənin əldə olunması üçün isə 20 AZN xidmət haqqı ödəməlidirlər.

Tanınma üçün tələb olunan sənədlər elektron ərizə vasitəsilə müraciətçinin şəxsi kabinetinə əlavə olunmalıdır. Elektron poçt, məktub və ya fiziki qaydada təqdim olunan sənədlər icraata götürülmür. Tələb olunan hər bir sənəd səhifələri rəngli və oxunaqlı şəkildə, həcmi 5 MB-dan çox olmamaq şərti ilə PDF formatında yüklənilməlidir,

Qeyd  edək  ki, təhsil haqqında sənəd (diplom) və ona əlavə (transkript) tanınma üçün müraciət olunmadan  əvvəl  verildiyi ölkədə leqallaşdırılmalıdır.