TƏHSİL

18 İyun

Təhsilverənlərin sertifikatlaşdırması iki mərhələdən ibarət olacaq

Təhsilverənlərin sertifikatlaşdırması iki mərhələdən (test və müsahibə mərhələsi) ibarət olmaqla və videoçəkiliş təmin edilməklə keçiriləcək.

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər), ilk dəfə işə qəbul olunanlar (5 il müddətində), azı 3 dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər bu prosesdə iştirak etməyəcəklər.