BAZAR

04 May

Dövlət qulluğu üzrə ümumi müsahibədə uğur qazananlaın sayı açıqladı  

On iki dövlət orqanında mövcud olan 46 vakant vəzifə üzrə bu il martın 15-də elan olunmuş ümumi müsahibə davam edir.

Dövlət İmtahan Mərkəzindən  verilən məlumata görə. elana çıxarılan vəzifələr üzrə mayın 3-dən müsahibələr keçirilir. Müsabiqə vəziyyətinin yüksək müşahidə olunduğu vəzifələr Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi, Regional mərkəzlərlə iş şöbəsi, məsləhətçi (1 vakant yer üzrə 21 namizəd), Məhkəmə-Hüquq Şurası, Korrupsiyaya qarşı mübarizə və Məhkəmə monitorinqi sektoru, məsləhətçi (2 vakant yer üzrə 21 nəfər) vəzifələri olub. Bu günə olan məlumata görə, müsahibələrdə 7 nəfər uğur qazanıb.

Müsahibələrdə iştirak üçün 236 nəfər müraciət edib. Müsahibələrin iyunun 11-dək keçirilməsi planlaşdırılır.