TƏHSİL

06 Aprel

Universitetlərdə 50 yaşdan yuxarı pedaqoji heyətin vaksinasiya ilə bağlı vəziyyət açıqlanıb

31 mart tarixinə olan göstəricilərə əsasən, ali təhsil müəssisələri arasında ilk olaraq ADA Universitetinin 50 yaşdan yuxarı pedaqoji və texniki heyətinin vaksinasiya prosesi artıq yekunlaşıb.

Fins.az-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev "Facebook" səhifəsində bildirib.

Onun sözlərinə görə, bununla yanaşı, Sumqayıt Dövlət Universiteti (98.2 %), Azərbaycan Universiteti (93.7 %), Bakı Avrasiya Universiteti (91.6 %), Bakı Ali Neft Məktəbi (87.7 %) və Mingəçevir Dövlət Universitetinin (87 %) heyəti də bu prosesi yekunlaşdırmaq üzrədir.

"Təhsil Nazirliyi olaraq bu ali təhsil müəssisələrinin rəhbərliyinə və kollektivinə təşəkkür edirik.

Öyrənmə prosesinin davamlılığını təmin etmək və təhsil müəssisələrinin ənənəvi fəaliyyətini bərpa etmək üçün vaksinasiya əsas şərtdir", - deyə nazir qeyd edib.