SOSİUM

“Questnet”in əməkdaşları həbs ediliblər
13 DEKABR 2016
1866

“Questnet”in əməkdaşları həbs ediliblər

2016-12-13 19:53:00

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Xalidə Xalıqova və Elnarə Həsənovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 Məhkəmənin hökmü ilə hər iki şəxs 8 il müddətinə azadlıqdan məhrum edilib. Onlar məhkəmə zalında həbs ediliblər.

 Qeyd edək ki, "Questnet LTD" şirkətinin əməkdaşları olan - X.Xalıqova və E.Həsənova 15-ə yaxın vətəndaşın ümumilikdə 65 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib. Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan qadınlar barəsində polisin nəzarəti altına vermə tədbiri seçilməyib.

Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9377
  • ₽ RUB
    0.0257