Sabunçu rayonunun Maştağa qəsəbəsi, Savalan yaşayış massivindən keçən Samur–Abşeron suvarma kanalında balıqların tələf olması ilə bağlı yayılan görüntülər aidiyyəti qurumlar tərəfindən araşdırılır.
Finss.az xəbər verir ki, hadisə ilə bağlı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Balıqçılıq və Akvakultura Mərkəzi PHŞ, Aqrar Xidmətlər Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşları əraziyə baxış keçiriblər.
Qeyd edilməlidir ki, Samur–Abşeron suvarma kanalı balıq yetişdirilməsi üçün nəzərdə tutulmayıb.
Ərazidə ilkin sorğular aparılıb, sudan və balıqlardan nümunələr götürülərək müvafiq laborator müayinələrə göndərilib.
Fuad Mədətov
Finss.az










