SOSİUM

03 Oktyabr

Azərbaycanda 2026-cı ilə qədər peşə və kvalifikasiya standartlarının sayı artırılacaq - Nazir

Finss.az - Azərbaycanda peşə və kvalifikasiya standartlarının sayı 1800-ə çatdırılacaq.

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Bakı İqlim Fəaliyyəti Həftəsinin (BCAW2025) ikinci günündə çıxışı zamanı bildirib ki, gələn ilin sonuna peşə və kvalifikasiya standartlarının sayı 1800-ə çatdırılması nəzərdə tutulur.

Nazir vurğulayıb ki, son illər əmək bazarında məşğulluq tədbirləri genişləndirilib:

  • Ötən il 407 min şəxs məşğulluq tədbirlərinə cəlb olunub;
  • 160 min nəfər işlə təmin edilib, 17 min nəfər özünüməşğulluq proqramına, 16 min nəfər peşə hazırlığına, 204 min nəfər isə peşəyönümü məsləhət xidmətlərinə cəlb edilib;
  • 10 min nəfər işsizlikdən sığorta ödənişi ilə təmin olunub.

Hazırda 1400-ə yaxın peşə və kvalifikasiya standartı hazırlanıb, və bu göstəricinin növbəti ilin sonuna 1800-ə yüksəldilməsi planlaşdırılır.