Azərbaycan 2018–2025-ci illərdə sosial islahatlarla 4 milyon nəfəri əhatə edib.
Finss.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Bakı İqlim Fəaliyyəti Həftəsində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, 2018–2025-ci illərdə ölkədə 5 böyük sosial islahat paketi həyata keçirilib.
"Bu islahatlar illik 7,6 milyard manat əlavə maliyyə tutumu ilə 4 milyon nəfəri əhatə edib. Minimum əməkhaqqı 3,1 dəfə, minimum pensiya 2,9 dəfə, orta aylıq pensiya 2,6 dəfə artıb, dövlət sosial müavinət və təqaüd ödənişləri isə 5 dəfə yüksələrək 1,9 milyard manata çatıb".
Nazir onu da qeyd edib ki, ünvanlı dövlət sosial yardımın orta məbləği 2,5 dəfə, yaşayış minimumu 65%, ehtiyac meyarı 2,2 dəfə artırılıb, əmək müqavilələrinin sayı isə 41% artaraq 1 milyon 851 minə çatıb, böyük hissəsi özəl sektora aiddir.