Finss.az – 2025-ci ildə Azərbaycanda mənzil və torpaq bazarında qiymətlər təxminən 10 faiz civarında bahalaşıb və ekspertlərin proqnozuna görə, bu tendensiya ilin sonuna qədər davam edəcək.
Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bazardakı əsas tendensiyaları və alıcı-satıcılar üzərində təsirləri şərh edib.
Ekspert bildirib ki, qiymət artımları rayondan və mənzilin seqmentindən asılı olaraq dəyişir. Ən çox artım ipotekaya yararlı mənzillərdə müşahidə olunur, çünki vətəndaşlar ipoteka ilə almağa üstünlük verirlər. Bununla yanaşı, torpaq sahələrinin qiymətində də nəzərəçarpacaq artımlar baş verir.
R.Qasımzadə qeyd edib ki, əgər əvvəllər orta qiymət 1000–1050 manat aralığında idisə, iki-üç il əvvəl bu qiymət 1000 manata yaxınlaşmışdı. 2025-ci ilin aprel və may aylarında orta qiymət təxminən 2,600–2,700 manat ətrafında idi, hazırda isə tədricən 3,000 manata yaxınlaşır.
Ekspert alıcı və satıcılara tövsiyələrini belə açıqlayıb: alıcılar gözləmə mövqeyində olmamalıdır, çünki qiymətlər daha da artacaq; satıcılar isə bu şəraitdən faydalanaraq əmlaklarını daha yüksək qiymətə sata bilərlər.
Bazarın qiymət artımı alıcıların qərarvermə prosesinə təsir edir və satıcılar üçün əlverişli imkanlar yaradır.
Fuad Mədətov
Finss.az