Finss.az – Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti avqustun 23-nə gözlənilən hava proqnozunu açıqlayıb.
Bakıda və Abşeron yarımadasında:
-
Hava şəraiti yağmursuz olacaq
-
Şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub-şərq küləyi ilə əvəzlənəcək
-
Havanın temperaturu: gecə 21-25°C, gündüz 29-34°C
-
Atmosfer təzyiqi: 758 → 755 mm civə sütunu
-
Nisbi rütubət: gecə 70-80%, gündüz 40-45%
Abşeron çimərliklərində:
-
Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada) dəniz suyu 25-26°C
-
Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıxda) 26-27°C
-
Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək
Rayonlarda:
-
Hava əsasən yağmursuz olacaq
-
Gecə və səhər bəzi dağlıq ərazilərdə duman müşahidə olunacaq
-
Mülayim şərq küləyi əsəcək
-
Temperatur: gecə 22-25°C, gündüz 32-37°C
-
Dağlarda: gecə 10-15°C, gündüz 21-26°C