SOSİUM

12 Avqust

Dövlət Dəniz və Liman Agentliyində imtahanların mərkəzləşdirilmiş qaydada keçirilməsi – Yeniliklər 2025

Finss.az - 2025-ci ilin sentyabr ayından başlayaraq Dövlət Dəniz və Liman Agentliyində xüsusi hazırlıq şəhadətnamələrinin ilk dəfə alınması və yenilənməsi üzrə yekun bilik qiymətləndirilməsi imtahanları mərkəzləşdirilmiş qaydada keçiriləcək.

Yeni qaydalara əsasən, imtahanlar həftənin çərşənbə və cümə günləri Agentliyin inzibati binasında təşkil olunacaq. Bu qərar 05 avqust 2025-ci il tarixində təsdiqlənmiş “Xüsusi hazırlıq şəhadətnamələrinin yenilənməsi və biliklərin yekun qiymətləndirilməsi üzrə imtahanların təşkil olunma qaydaları” Təlimatı ilə rəsmiləşib.

Təlim-tədris mərkəzlərinə tövsiyə olunur ki, təlim günlərini imtahan günləri ilə üst-üstə düşməməsi üçün diqqətlə planlaşdırsınlar. Bu tədbir, imtahan iştirakçılarının vaxtının daha səmərəli idarə olunmasını təmin etmək məqsədi daşıyır.

Daha ətraflı məlumat və Təlimatın tam mətni ilə Dövlət Dəniz və Liman Agentliyinin rəsmi veb-saytından tanış ola bilərsiniz: //ddla.gov.az/inst/instruction-4.html