SOSİUM

21 İyul

Peşə təhsilinə maraq son illərdə 71,5% artıb - Ceyhun Kərəmov

Finss.az - 2020-ci ildən bəri peşə təhsilinə maraqda əhəmiyyətli artım müşahidə olunub – maraqlananların sayı 71.5% yüksəlib.

Bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov bu gün keçirilən brifinqdə məlumat verib.

Onun sözlərinə görə, 2025/2026-cı tədris ili üçün peşə təhsili müəssisələrinə ümumi qəbul planı 32 min 620 nəfər üçün nəzərdə tutulub. Bu yerlərin 75 faizi dövlət sifarişi, 25 faizi isə ödənişli əsasla ayrılıb.

“Dövlət sifarişi ilə ayrılan yerlərin sayı əvvəlki illərlə müqayisədə artaraq 24 min 280-ə çatıb”, – deyə C.Kərəmov vurğulayıb.