Finss.az - Azərbaycanda iyulun 10-u isti hava şəraiti gözlənilir — bəzi yerlərdə temperatur 38 dərəcəyə çatacaq.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, iyulun 10-da ölkədə bəzi yerlərdə hava temperaturu 38 dərəcə isti olacaq.
Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağma ehtimalı mövcuddur. Şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-24 dərəcə, gündüz isə 30-35 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət gecə 60-70%, gündüz 45-50% olacaq.
Ölkənin rayonlarında hava şəraiti əsasən yağmursuz, ancaq gecə və səhər bəzi dağlıq və dağətəyi ərazilərdə qısamüddətli leysan, şimşək, dolu yağışı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Rayonlarda gecə temperaturu 20-25 dərəcə, gündüz isə 33-38 dərəcə isti, dağlıq ərazilərdə gecə 11-16, gündüz 20-25 dərəcə isti olacaq.