SOSİUM

01 İyul

Sahibkarlar Monteneqroya işgüzar səfərə dəvət olunurlar

Finss.az - Bu ilin 9-11 iyul tarixlərində İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan şirkətlərindən ibarət nümayəndə heyətinin Monteneqroya işgüzar səfəri nəzərdə tutulub.
Agentliyin məlumatına görə, səfər çərçivəsində Monteneqronun ticarət, investisiya layihələri, turizm sektorunun potensialı ilə tanışlıq, hər iki ölkənin işgüzar dairələrinin iştirakı ilə görüşlərin keçirilməsi və müzakirələrin aparılması planlaşdırılır.

İşgüzar səfərdə iştirak etmək istəyən Azərbaycan sahibkarları aşağıdakı telefon nömrəsi və ya elektron poçt vasitəsi ilə AZPROMO-ya müraciət edə bilərlər:

Tel.: (+994 12) 598-01-47 (daxili - 3667);

E-mail: [email protected];

Əlaqələndirici şəxs: Münəvvər Qocayeva.